Maduro onu devirmək istəyənlərlə bir araya gəldi - "Müharibə etməyin zamanı gəldi..."

Baxış sayı:
4978

Venesuela prezidenti Nikolas Maduro səhərin erkən saatlarında ordu hissələrini ziyarət edib. 

Müdafiə naziri Vladimir Padrino Lopez ilə birlikdə onu devirmək istədiyi iddia edilən hərbçilərlə bir araya gələn Maduro, "Müharibə etməyin zamanı gəldi", - deyə söyləyib.
 
Dövlət başçısı çıxışında, "Mübarizəmizlə dünyaya nümunə olma vaxtı gəldi. Venesuelada ardıcıl Bolivarcı Milli Silahlı Qüvvələr var. Sadiq, uyğun, daha əvvəl heç olmadığı kimi, birləşmiş xain çevrilişçilər məğlub olacaq. Yenə də bir yerdəyik. İmperializmə, xainlərə və çevrilişçilərə qarşı yenidən addımlayırıq", - deyib.
 
ÇEVRİLİŞÇİ ƏSGƏRLƏRƏ MESAJ GÖNDƏRİB
 
Maduro “Ölkəmizin xilaskarı Simon Bolivara neçə adam xəyanət etdi? Heç kim onları xatırlamır. Tarix yalnız bir adı xatırlayır: Simon Bolvar. Neçə komandan Çavesə xəyanət etdi? Kim onları xatırlayır? Dünya xalqları tərəfindən yalnız bir ad xatırlanır və xatırlanacaq: Uqo Çaves", - deyərək, ona xəyanət edən əsgərlərə mesaj göndərib.

Müxalifət.az