​Lukaşenkonun Kremllə SÜD DAVASI: Yeni açıqlama

Baxış sayı:
3169

Rusiyanın Belarus südünün tədarükünə qadağa qoyması həyasız siyasi alətdir.
Muxalifət.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
 “Bu artıq gülməli oldu. KİV artıq deyir ki, bu necə ittifaqdır ki, Avrasiya İttifaqı üzvlərinə münasibət kənardakılardan daha ağırdır? Biz hətta sementimizi belə azad şəkildə sata bilmirik”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın Belarusdan süd məhsullarının idxalını qadağan etməsinə Aleksandr Lukaşenko sərt reaksiya vermişdi. Prezident açıqlamasında bunu Moskvaya bağışlamayacağını bildirmişdi.