Lənkəranda sərnişin avtobusu aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR
28-08-2019 21:46
Baxış sayı:
13481

Lənkəran rayonunda yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə Bəleton kəndində qeydə alınıb. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.