Lənkəranda kişi özünü yandırdı

  Lənkəranda kişi evində intihar edib.
 
Lənkəran rayon Prokurorluğundan verilən məlumata görə, 1965-ci il təvəllüdlü  Gülməmməd Əliməmməd oğlu Eyvazov yaşadığı evdə üzərinə benzin tökərək, özünü yandırıb.
Dərhal xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa