Lavrovla Mnatsakanyan görüşdü: Qarabağ müzakirə edildi
9-07-2019 16:16
Baxış sayı:
5164
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in xarici işlər nazirlərinin Yüksək Tatradakı qeyri-rəsmi görüşü çərçivəsində bir araya gəliblər.
Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında müttəfiqlik, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri olub. Nazirlər həmçinin regional və beynəlxalq məsələləri də müzakirə ediblər.
Görüşdə Qarabağ konfliktinə də toxunulub.