Lavrov Donbas müharibəsinin GÜNAHKARINI AÇIQLADI
26-02-2018 16:27
Baxış sayı:
4648

“Avropa İttifaqı öz öhdəliklərini pozmasaydı və Rusiya buna reaksiya verməli olmasaydı, Ukraynada müharibələr olmazdı”.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“2014-cü ildə prezident Viktor Yanukoviç və müxalifətçilər arasındakı razılaşmanın zamini olan avropalı partnyorlarımız öz rolunu yerinə yetirsəydilər, indi Ukraynada baş verənlər olmazdı”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.