LAVROV: “ABŞ ölkəni parçalamağa çalışır”
14-03-2018 14:59
Baxış sayı:
8308

“ABŞ-ın Suriyada hərbi bazalar qurmaq niyyətində olduğunu bilirik”.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Moskvada keçirilən danışıqlardan sonra birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ölkənin parçalanmasına yol açmaq üçün müxtəlif üsullardan istifadə etməyə çalışırlar”, - Lavrov deyib.