Kür çayında batan iki qardaşdan birinin cəsədi tapılıb - FOTO

Baxış sayı:
3478

Bu gün səhər ötən gün Kür çayının Salyan rayonunun Ağaşı Noxudlu kəndindən keçən hissəsində çimərkən boğulmuş iki yeniyetmə qardaşdan birinin cəsədi tapılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 16 yaşlı Rəvan Seymur oğlu Sadıqovun cəsədi batdığı yerdən 5 km aralıda FHN-nin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Hazırda dalğıc-axtarış qrupu suda batmış digər qardaş - 13 yaşlı Ramal Seymur oğlu Sadıqovun axtarışlarını davam etdirir.