Külli miqdarda narkotik satarkən YAXALANDI
19-06-2018 10:51
Baxış sayı:
4831

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.
O, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.