Kriminal qruplaşma barı yandırdı - 8 ölü, 13 yaralı var - FOTO
28-08-2019 15:28
Baxış sayı:
12142

Meksikanın cənubundakı Verakruz ştatının Koatzakoalkos liman şəhərindəki ötən gecə bir barda baş verən yanğın nəticəsində azı 23 nəfər, o cümlədən 8 qadın həlak olub, daha 13 nəfər də ciddi xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Ştatın baş vəkil ofisindən bu hadisəni “mənfur hücum” kimi qiymətləndiriblər.
Ştatın hökumət başçısı bu hücumun kriminal dəstələr arasındakı ixtilafın nəticəsi ola biləcəyini irəli sürüb.
AP xəbər verir ki, ştat prokurorluğu tərəfindən də yanğının qazolin bombaları vasitəsilə törədildiyi bildirilib./Report