Kriminal avtoritet həbs EDİLDİ
17-09-2019 22:13
Baxış sayı:
10174

Moskvanın Tver rayon məhkəməsi özünümüdafiə məqsədilə adam öldürməkdə şübhəli bilinən kriminal avtoritet İrali Cabuanı həbs edib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cabua kriminal aləmdə İrakli Rostovski kimi tanınır. O, 2016-cı ildə narkotik maddələrin qanunsuz dövriyyəsi, dələduzluq və oğurluq maddələri üzrə də cinayət məsuliyyətinə cəlb olunub.