Kremldən Paris və Berlinə vacib zəng – BMT qətnaməsi
25-02-2018 20:03
Baxış sayı:
1540

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən informasiya yayılıb.
Liderlərin telefon danışığı zamanı BMT-nin Suriyada bir aylıq atəşkəs elan edilməsi ilə bağlı qətnaməsi və Şərqi Qutadakı vəziyyət müzakirə edilib. Putin həmçinin Merkel və Makrona Rusiyanın Suriyada həyata keçirdiyi dinc sakinlərin təxliyə prosesi və humanitar yardımların çatdırılması barədə informasiya verib.