Kral ailəsi haqqında mahnıya görə 3,5 il həbs cəzası
21-02-2018 23:03
Baxış sayı:
7348

İspaniyada Valtonyc ləqəbi altında çıxış edən reper Xose Migel Arenas Beltran terrorizm və kral ailəsi haqqında mahnılara görə 3,5 il həbs cəzası alıb.
Bu barədə Muxalifet.az The Washington Post-a istinadən xəbər verir.
Milli məhkəmənin bu qərarı Ali məhkəmə tərəfindən də dəstəklənib.
Beltran iddia edir ki, onun mətnləri özünüifadə azadlığı haqqında qanunların müdafiəsi altındadır və rep bir qədər təxribatçı xarakter daşımalıdır. O, öz mahnılarını internetdə yayıb.
Musiqiçi o qədər tanınmasa da, onun işi ispan cəmiyyətində söz azadlığı mövzusunda mübahisələrə səbəb olub.