Koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşır - ÜST-nin SON STATİSTİKASI

Baxış sayı:
3207

Dünya üzrə koronavirusa yoluxanların sayı 3 435 894 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19-dan 239 604 ölüm halı qeydə alınıb. Son bir gündə ayır-ayrı ölkələrdə koronavirusa daha 86 108 nəfərin yoluxduğu təsdiqlənib. Bu, ötən günlə müqayisədə 4 min çoxdur.

Dünyada COVID-19-a ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb.