Konte "Çelsi"ni tərk edəcək

İtaliyalı mütəxəssis İtaliyaya qayıtmaq fikrindədir
 
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konte cari mövsümün sonunda komandanı tərk etmək niyyətindədir.
"The Times" nəşri xəbər verir ki, italiyalı mütəxəssis İtaliyaya qayıtmaq fikrindədir.
Bildirilir ki, bu mövsümün əvvəlində "Çelsi"ni tərk etməyə yaxın olan Konte klubun transfer siyasətindən narazıdır.
48 yaşlı mütəxəssis ingilis klubuna 2016-cı ildən rəhbərlik edir. O, ötən mövsüm "aristokratlar"ı İngiltərə çempionu edib.