Komitə quruldu: İSRAİLDƏN HESAB SORULACAQ

Baxış sayı:
5380

İstanbulda toplanan İslam Əməkdaşlıq Təşkilatı, Qəzzada 66 nəfərin şəhid olduğu qətliamı araşdırmaq üçün istintaq komitəsi yaradıb. Komitəyə, beynəlxalq müstəqil ekspertlər təyin olunduqdan sonra fəaliyyətə başlayacaq. Çıxan hesabat beynəlxalq təşkilatlara veriləcək. İƏT üzvləri, İsrailli vəzifəlilərin mühakimə olunması üçün yerli məhkəmələri hərəkətə keçirəcək. Qətliam Beynəlxalq Cəza Məhkəməsinə də daşınacaq.
 
Qəzzada 66 nəfərin şəhid olduğu qətliamı araşdırmaq üçün istintaq komitəsi yaradılıb. İƏT-nin verdiyi qərar çərçivəsində qətliamı törədən məsuliyyətlilər ətraflı araşdırılacaq. Hesabatlar beynəlxalq assambleya və təşkilatlara təqdim olunacaq. İsrailin qətliamı kriminal bir hadisəyə dönəcək.
 
İSRAİLDƏN QƏTLİAMIN HESABI SORULACAQ
 
Günahın və günahkarların müəyyən olunmasına yönəlmiş kriminal bir istintaq aparılacaq, dəlillər hesabatı ortaya qoyulacaq. Bu hesabat beynəlxalq assambleya və təşkilatlara təqdim olunacaq. İƏT üzvləri məsuliyyətlilərin cəzalandırılması məsələsində yerli məhkəmələri hərəkətə keçirəcək. Qanuni hadisənin məsuliyyətini daşıyanlar haqqında kriminal araşdırmalar aparılacaq, haqqında həbs qərarları veriləcək. İsrailin törətdiyi bu qətliam, kriminal bir hadisəyə dönmüş olacaq.
 
BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNƏ MÜRACİƏT YOLU
 
İƏT Sammitinin qərarlarından başqa, Fələstinin də qətliamın baş verdiyi ölkə olaraq, üzvü olduğu Beynəlxalq Cəza Məhkəməsinə(BCM) müraciət edəcəyi bildirilir. Qətliamın BCM-yə daşınması ehtimalı belə İsraili narahat edib. BCM-nin belə bir ittihamı Fələstin dövləti adından qəbul etdiyi təqdirdə Avropanın hərəkətə keçirilməsinə dair diplomatik təşəbbüslər artırılıb.
Müxalifət.az