Kiyevdən BMT-də SOS: “Rusiya ora nüvə silahı yerləşdirir"
30-05-2018 16:54
Baxış sayı:
9358

Rusiya zəbt edilmiş Krımda nüvə arsenalının yerləşdirməyə aktiv hazırlaşır.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
“Krımın işğalı demək olar ki, yarımadada Rusiyanın hərbi potensialının iki dəfə güclənməsinə və nüvə silahının yerləşdirilməsi üçün infrastrukturun genişləndirməsinə gətirib çıxarıb. Krım bu gün Rusiyanın böyük hərbi bazasıdır", - Klimkin deyib.