Kim Çen In Trampı Pxenyana DƏVƏT ETDİ

Baxış sayı:
2248

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.

Muxalifət.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri iyul ayında KXDR-ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək belə bir təkliflə çıxış edib.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.