Keçmiş arvadı azərbaycanlı milyarderi İFŞA ETDİ - “O, məscidə yalnız turist kimi daxil olurdu”

Rusiyanın Azərbaycan əsilli milyarderi Fərhad Əhmədovun adı qalmaqallarda hallanmaqda davam edir.
“New York Times” xəbər verir ki, ona xəyanət etmiş həyat yoldaşı Tatyana Əhmədovadan boşanan iş adamı prosesə görə Dubayda həbs edilmiş “Luna” yaxtasını geri almaq üçün şəriət məhkəməsinə müraciət edib.
Fərhad Əhmədovun vəkillərinin işi Britaniya məhkəməsindən Dubaydakı şəriət məhkəməsinə keçirmək istəmələri milyarderin keçmiş həyat yoldaşı Tatyananı qəzəbləndirib. O, buna görə ilk dəfə jurnalistlərtə açıqlama verib.
“Görünən odur ki, Fərhad əslən Azərbaycandan olduğu üçün müsəlmandır. Amma nikah müddətində heç vaxt onu dizini yerə qoyub namaz qılan, ibadət edən görməmişəm. Məscidə isə o yalnız turist kimi daxil olub”.
Tatyana Əhmədova 2016-cı ildə Fərhad Əhmədovdan London məhkəməsinin qərarı ilə boşanıb. Məhkəmə boşanmaya görə Fərhad Əhmədova keçmiş həyat yoldaşına rekord məbləğdə - 453 milyon funt sterlinq ödəməli olduğu haqda qərar vermişdi. Bu isə 1,4 milyard dollar sərvətə malik iş adamının varidatının 40%-ni təşkil edir.
Tatyana Əhmədova keçmiş ərinin ona bir qəpik də ödəmədiyini deyib.
“Mən əslində, səs-küysüz ayrılmağın tərəfdarı idim. Amma məhkəmənin qərarından asonra mənə 1 sent belə ödəmədiyi üçün mübarizəmi davam etdirirəm. Özümü müdafiə etməliyəm”-deyə Tatyana Əhmədova bildirib.
ABŞ mətbuatına müsahibə verən qadın azərbaycanlı milyarderlə keçirdiyi illəri sevgi ilə xatırlayıb.
“Onun əynində kostyum var idi. Mənə əsl centelmen təsiri bağışlamışdı”. Cütlük 1989-cu ildə Moskvada tanış olmuşdu. O zaman Fərhad Əhmədovun 34, Tatyana Əhmədovanın isə 17 yaşı var idi. Onlar 1993-cü ildə evlənmişdilər.
“Əvvəllər biz “Aeroflot”la uçurduq. Sonra British Airvays, bir qədər sonra isə sifarişli reyslərlə uçmağa davam etdik”-deyə Tatyana xatırlayıb. O, 50 milyon dollara şəxsi təyyarələrinin və 2 helikopterlərinin də olduğunu bildirib.
Fərhad Əhmədov mətbuata açıqlamalarında Böyük Britaniya Məhkəməsinin qərarını kağız parçası adlandırıb və sərvətinin 40%-ni həyat yoldaşına vermək niyyətində olmadığını söyləyib./modern.az/