​Karterdən şok açıqlama: Tramp seçkilərdə uduzmuşdu, lakin...

Baxış sayı:
13012

Amerika lideri Donald Tramp həqiqətdə 2016-cı ildə prezident seçkilərini uduzdu, amma ona Ağ Evi tutmağa ruslar kömək etdilər.
Muxalifet.az xəbər verir ki, bu haqda ABŞ-ın sabiq prezidenti Cimmi Karter bildirib.
“Hesab edirəm ki, dəyərli araşdırma Trampın həqiqətdə 2016-cı ildə seçkilərdə qalib gəlmədiyini göstərərdi. O, seçkiləri uduzdu və onu hakimiyyətə gətirib çıxardılar, çünki ruslar onun adından müdaxilə etdilər”, - 94 yaşlı keçmiş prezident deyib.
Qeyd edək ki, 2016-cı il prezident seçkilərindən sonra ABŞ-da Rusiyanı seçkilərə müdaxilədə ittiham etdilər. Moskva ittihamları dəfələrlə rədd edib və onları tamamilə əsassız adlandırıb.