Kadırovdan ABŞ-a cavab: Rusiya və Qafqazı özünüzlə səhv salmayın
18-06-2018 20:22
Baxış sayı:
1333

Çeçenistan Prezidenti Ramzan Kadırov ABŞ Dövlət Departamentinin Rusiyada keçirilən Dünya Çempionatı ilə bağlı xəbərdarlığına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Kadırov ABŞ-ın terrorla bağlı narahatlığının əsassız olduğunu deyib:
“Təşkil olunmuş turnirə dünyanın bir çox ölkəsindən azarkeşlər gəlir. Rusiya və Şimali Qafqaz ölkələri də onları ən yaxşı şəkildə qəbul edir. ABŞ-ın və Qərb mediasının bu çıxışı nifrət xarakteri daşıyır”, - Kadırov bildirib.
Qeyd edək ki, ABŞ Rusiyada keçirilən Dünya Çempionatına getmək istəyən vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edib.