​İvan Qolunov sərbəst buraxıldı

Baxış sayı:
13189

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev bildirib ki, “Meduza” nəşrinin həbs edilmiş jurnalisti İvan Qolunovun azad olunması barədə qərar verilib. Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, nazir bu qərarı jurnalistin günahının sübut oluna bilməməsi ilə əlaqələndirib. Əlavə olunur ki, Kolokoltsev Moskva üzrə bəzi polis idarə rəislərinin vəzifələrindən azad ediləcəkləri barədə təkliflər verəcək.