İstanbulda güclü leysan bir sıra problemlər yaradıb

Baxış sayı:
6985

İstanbulda bu gün səhər saatlarından etibarən yağan leysan bir sıra problemlər yaradıb.

Belə ki, yağan güclü yağış səbəbindən şəhərin bir çox istiqamətlərində yolları və piyada alt keçidlərini su basıb. Bu səbəbdən Eminönü və Aksaray bölgələrində tramvayların hərəkəti dayandırılıb. Şəhərin Bahçelievler rayonunda yol çöküb.

Gəmi səfərləri təxirə salınıb.

Hidrometeoroloqların proqnozlarına görə, yağışın avqustun 18-i səhər saatlarınadək davam edəcəyi gözlənilir.