İsrailli nazirdən “HƏMAS” LİDERLƏRİNƏ SUİ-QƏSD TÖVSİYƏSİ

Baxış sayı:
8026

İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Erdan, İsrailin Qəzza Zolağındakı Fələstin müqavimət təşkilatları liderlərinə qarşı sui-qəsd siyasətlərinə yenidən qayıtmaq çağırışı edib.
 
İsrailin dövlət təhlükəsizliyi naziri Erdan, “Kanal10” televiziyasına verdiyi müsahibədə, "Gün boyu yüksələn gərginlik və atılan raketlərə görə, İsrailin Qəzza Zolağında bu gecə sui-qəsd siyasətlərinə geri qayıtması lazımdır" deyib.
Qəzza sərhədində bu gün yaşanan gərginlik səbəbindən “Həmas” liderlərini işarə edən Erdan, "Həmas liderləri, regionda baş verənlərə görə, həyatlarından narahat olmaları lazımdır" deyə, qalmaqal ifadə işlədib.
Erdan, yaxın günlərdə İsrailin Qəzzadakı Fələstin müqavimət təşkilatlarına qarşı hücumlarının artacağına diqqət çəkərək, "Bizim gərginliyin artmasını istəmədiyimiz doğrudur. Ancaq “Həmas” və “İslami Cihad” Hərəkatı bunu istəyirmi, istəmirmi, bilmirik" deyə, söyləyib.
Qeyd edək ki, İsrailin son iki gündə Qəzzadakı “Həmas” və “İslami Cihad” təşkilatlarına aid bəzi mərkəzlərə keçirdiyi hava hücumları nəticəsində 4 Fələstinli şəhid olub.
İsrail Ordu Xidməti bu gün yaydığı yazılı açıqlamada da "İsrail döyüş təyyarələrinin Qəzzə Zolağında “Həmas” və “İslami Cihad”a aid 7 nöqtədə 35 hədəfi vurduğu" bildirilib.
İsrail mənbələri, Qəzzadan bu gün atılan top atəşləri nəticəsində Qəzza sərhədindəki Aşkelon Yəhudi yaşayış məntəqəsində 3-ü əsgər olmaqla, 5 nəfərin yaralandığını bildirib.
Müxalifət.az