İsraili qəzəbləndirəcək daha BİR “FƏLƏSTİN” QƏRARI

İsrailə qarşı İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Zirvə Konfransı Fövqəladə Toplantısında alınan qərarlardan sonra tarixi bir həmlə də Beynəlxalq təşkilat Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatından (OPCW)gəldi. OPCW, Fələstinin təşkilata üzv dövlət kimi qəbul edildiyini bildirib.
Fələstinin Kimyəvi Silahlar Konvensiyasına (CWC) tərəf olması üçün iştirak sənədini təqdim etdiyi bildirilib.
Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatından bildiriblər ki, Fələstinin, 17 may 2018 tarixində iştirak üçün lazımi sənədlərini Birləşmiş Millətlər Təşkilatının baş katibinə təqdim etdiyi bildirilib.
Açıqlamada, Fələstinin, Kimyəvi Silahlar Konvensiyasına tərəf olmasına yönəlik qərarın 16 iyun 2018-ci il etibarilə qüvvəyə minəcəyi qeyd edilib.
İSRAİL İLƏ BİRLİKDƏ 4 ÖLKƏ ÜZV DEYİL
Cənubi Sudan, Misir, İsrail və Şimali Koreya isə hələ təşkilata üzv olmayıb.
Beynəlxalq təşkilat, 1993-ci ildə hazırlanaraq 1997-ci ildə qüvvəyə minən Kimyəvi Silahlar Konvensiyasının yoxlanmasından məsul təşkilat kimi fəaliyyət göstərir.
Təşkilat, Suriyanın kimyəvi silahlarının məhv işləri zamanı göstərdiyi uğura görə, 2013-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Müxalifət.az