İsraildə Tramp pulu buraxıldı: QÜDS TƏŞƏKKÜRÜ

Baxış sayı:
4183

Amerikanın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına minnətdarlıq borcu olaraq, ölkədə Donald Tramp adına xatirə pulları buraxılıb.
 
Vəzifəyə gəldiyi gündən etibarən qalmaqal qərarların altına imza atan ABŞ prezidenti Donald Tramp, son olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını açıqlayaraq bölgədə gərginliyin artmasına səbəb olub.
 
QÜDS TƏŞƏKKÜRÜ
 
İsrail, bölgədə əmin-amanlıq şəraiti yaranmasına yol verməyən Trampa fərqli bir üsulla təşəkkür edib.
Bu qərarın unudulmamasını istəyən İsrail rəsmiləri, Donald Tramp adına rəsmi xatirə pulu buraxıb.
 

DƏYƏRİ 50 DOLLAR
 
Ən az 50 dollar ianə verilərək satın alınan pullarda, Trampın surəti, həm  İranlıların, həm də Yəhudilərin sahib çıxdığı II. Kirosun kəlləsinin önündə yer alır.
Müxalifət.az