İsraildə əndişə: SURİYA ÜZƏRİNDƏN HÜCUM EDƏCƏKLƏR

Baxış sayı:
3070

İsrail ordusunun Hərbi Kəşfiyyat rəisi general-mayor Temir Hymanın bir sıra xarici təhlükəsizlik səlahiyyətliləri ilə keçirdiyi toplantıda İranın Suriya üzərindən İsrailə hücum etməyə hazırlaşdığını deyib.
 
“Times of Israel”-in verdiyi xəbərə görə, Hyman, Qüdsdə keçən həftə xarici təhlükəsizlik rəsmiləri ilə bir toplantı keçirərək İranın Suriyadakı varlığını müzakirə edib.
Gizlicə çəkildiyi anlaşılan videoda Suriyadakı İran bazalarının yerləşdiyi bir xəritəni toplantının iştirakçılarına göstərən Hyman, "İranın bu bazalarla Əsəd hakimiyyətinə dəstək vermək və terrorla mübarizə etmək istədiyini güman edirik. Onda bir sürprizə hazır olun. Xəritədəki bu nöqtələrdə təxminən 15 gündür heç bir qarşıdurma baş vermədi. İran, bu nöqtələrdən raket hücumu həyata keçirmək imkanlarını artırmağa, İsrailə sıza biləcək hücrələr yaratmağa və Holan Təpələrindəki kəndlərə zərər verməyə çalışır" deyib.
Müxalifət.az