İsrail Səudiyyənin Vəliəhd Şahzadəsini xəbərdar etdi: SARAY ÇEVRİLİŞİ OLA BİLƏR

Baxış sayı:
4528

İsraildə Mossad Kəşfiyyat Xidmətinə bağlı bir araşdırma mərkəzi, Səudiyyənin Vəliəhd Şahzadəsi Muhəmməd bin Salmanı Ərəbistanda saray içi çevriliş və xalq üsyanı barədə sayıq olmağa çağırıb.
 
Təl-Əviv-Ər-Riyad xəttində gizli görüşlər davam edərkən, İsrail kəşfiyyatı Mossada bağlı bir araşdırma qurumunun Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salmanı ehtimal olunan bir saray çevrilişinə qarşı xəbərdar etdiyi ortaya çıxıb. Ərəb qəzeti “Əl Ərəbi Əl Cedit”-in xəbərinə görə, İsrail Daxili Təhlükəsizlik Araşdırma Mərkəzi Ər-Riyad rəhbərliyi haqqında bir hesabat hazırlayaraq Şahzadə bin Salmanın daxili təhdidlərini müddəlar üzrə sadalayıb və ehtimal olunan bir hakimiyyət dəyişikliyinin Təl-Əvivin maraqlarını ciddi təhlükəyə atacağını bildirib.
 
TƏL-ƏVİV NARAHATDIR
 
Bin Salmanın 2030 Vizion adını verdiyi iqtisadi proqramının Ərəbistanda təpkiyə səbəb olduğunu vurğulayan hesabatda, "Səudiyyədəki sülalə üzvlərindən biri səssiz çevriliş edə bilər. Çevriliş təhdidi gözlənilməz bir şəkildə ordu içərisindən də gələ bilər. Səudiyyədə hakim sülalənin hakimiyyətinə son verilə biləcəyi kimi, Ər-Riyadın ölkə daxilindəki nəzarətini zəiflədəcək bir xalq qiyamı ilə də üzləşə bilər" deyilib. Həmin hesabata görə, bu ssenarilərdən hər hansı biri baş verərsə, İsrailin strateji maraqları böyük ölçüdə zərər görəcək.
Müxalifət.az