İsrail əsgərləri ONU DA ŞƏHİD ETDİ

Baxış sayı:
9817

Qəzzanın şərq sərhədindəki "Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxilə edən İsrail əsgərləri, Fələstinli könüllü qadın həkim Razan Əşrəf en-Neccarı şəhid edib.
 
Qəzzadaki Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf el-Kudra, etdiyi yazılı açıqlamada, könüllü qadın həkim Neccarın, İsrail əsgərlərinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şərqində nümayişçilərə atəş açması nəticəsində şəhid olduğunu bildirib.
Kudra, həkim Neccarın, Qəzza sərhədindəki aksiyalarda yaralananlara meydançada könüllü olaraq tibbi yardım etməyə çalışdığını bildirib.
Kudra, həmçinin, 100 Fələstinlinin də müxtəlif yerlərindən güllə yarası aldığını və göz yaşardıcı qazdan təsirləndiyini bildirib.
 
“FORMAM TƏMİZ VƏ QİYMƏTLİ İNSANLARIN QANIYLA BOYAYIB”
 
Fələstinli həkim Neccar, Fələstinlilərin geri dönüş haqqını nümayiş etdirmək məqsədilə davam etdirdiyi aksiyada onlara sonuna qədər dəstək olacağını dilə gətirərək, “Bu vəzifənin bir qadın üçün asan olmadığını bilirəm, ancaq yaralılara və çətin vəziyyətdə olanlara yardım etmək üçün girdiyim bu yolu başa çatdırmağa qərarlıyam" demişdi.
Neccar, meydançadakı işini aylarla davam etsə də, bu işdən əl çəkməyəcəyini vurğulayaraq, "Formam təmiz və qiymətli insanların qanıyla boyayıb. Mən bununla şərəf duyuram" deyə, şəhid olmamışdan öncə bildirmişdi.
Müxalifət.az