İsrail polisi Qüdsdə FƏLƏSTİNLİ ƏLİL QADINI VURDU!

Baxış sayı:
3556

İsrail polisinin, işğal altındakı Şərqi Qüdsdə Fələstinli əlil qadını aksiya keçirmək cəhdi iddiası ilə güllələyib.
 
İsrail polisindən edilən yazılı açıqlamaya görə, işğal olunmuş Şərqi Qüdsün şimalındakı Şuafat mahalında dəmir yolunda yeriyən Fələstinli bir qadın aksiya keçirmək ehtimalı səbəbiylə polislər tərəfindən vurulub.
Açıqlamada polisin qadına “dayan” xəbərdarlığı etdiyi iddia edilərək, şübhəli hərəkət etdiyi irəli sürülən qadının ayağından vurularaq "zərərsizləşdirildiyi" bildirilib. Vurulan əlil qadın xəstəxanaya yerləşdirilib.
Vurulan Fələstinli qadının kimliyinə dair hər hansı bir məlumata yer verməyən polis, hadisə ilə bağlı istintaq açıldığını iddia edib.
Digər tərəfdən, Fələstin yerli mətbuatında, vurulan Fələstinli qadının Şuafat mahalı sakinlərindən 28 yaşlı əqli cəhətdən qüsurlu Duha Əbu Hudayr olduğu bildirilib.
Müxalifət.az