İsrail polisi Netanyahunu SORĞUYA ALDI - KORRUPSİYA

Baxış sayı:
2641

Ölkənin ən böyük telekommunikasiya şirkəti “Bezeq”dəki korrupsiya araşdırmasını aparan polis dəstələri, İsrailin baş naziri və xanımını ilk dəfə mühakimə edib.
 
Son dövrdə korrupsiya araşdırmaları ilə problem yaşayan İsrailin baş naziri Binyamin Netanyahu üçün bu gün də bir ilk yaşanıb.
İsrail radiosu, polis dəstələrinin baş nazir Netanyahu və xanımını sorğuya çəkdiyini bildirib. Netanyahuya ölkənin ən böyük telekommunikasiya şirkəti “Bezeq”də baş verən korrupsiyayla bağlı suallar yönəldilib.
2017-ci ilin son günlərində Netanyahunun sağ qolu David Bitan korrupsiya araşdırmaları səbəbilə istefa etmək məcburiyyətində qalmışdı.
Netanyahuya yaxın bir şəxs olan Bitana yönəldilən ittihamlar arasında korrupsiya, dələduzluq və hüquq-mühafizədən sui-istifadə kimi başlıqlar var.
Müxalifət.az