​İsrail kəşfiyyatı HƏMAS liderlərinin “ov”una çıxır – TÜRKİYƏ ƏRAZİSİNDƏ DƏ ƏMƏLİYYAT APARILACAQ…

Baxış sayı:
10114

İsrail Fələstinin HƏMAS hərəkatının bütün dünyadakı liderlərini məhv etmək niyyətindədir.
Bu barədə Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar bildirib. Onun sözlərinə görə, əməliyyat Qəzza zolağı, İordan çayının qərb sahili, Livan, Türkiyə, Qətər və digər ərazilərdə aparılacaq.
Ronen Bar bu planları 1972-ci ildə Münhendə israilli idmançıların qətlində əli olanların aradan qaldırılması ilə müqayisə edib. Onun açıqlamalarını “Kan” dövlət televiziyası yayıb.
“Nazirlər Kabineti bizim qarşımıza məqsəd qoyub. Necə deyərlər, bu, HƏMAS-ın aradan götürülməsidir və biz bunu etməkdə qərarlıyıq. Bu, bizim Münhenimizdir”, - deyən Baş Təhlükəsizlik Xidmətinin rəhbəri əməliyyatın “hər yerə” yayılacağını bəyanedib. Onun sözlərinə görə, bu, bir neçə il çəkə bilər.
Xatırladaq ki, 1972-ci ildə Münhendə İsrailin olimpiya komandasının 11 üzvü öldürülüb. 20 il ərzində İsrail kəşfiyyat xidmətləri bütün dünyada cinayətdə iştirak edənləri izləyərək, məhb edib.
“The Wall Street Journal”-ın mənbələri daha əvvəl xəbər vermişdi ki, Baş nazir Benyamin Netanyahu kəşfiyyat agentliklərinə, Türkiyə və Qətər də daxil olmaqla, Qəzza zolağından kənarda HƏMAS-ın yüksək səviyyəli liderlərini məhv etmək üçün plan hazırlamağı əmr edib. Qəzet müəlliflərinin fikrincə, “ləğvetmə prosesi” diplomatik səyləri çətinləşdirməmək üçün Qəzza zolağındakı əməliyyatdan sonra həyata keçirilməlidir.