İsrail İHA-sı SURİYADA DÜŞDÜ: KƏŞFİYYAT MƏLUMATLARI İFŞA OLUNA BİLƏR
20-06-2018 08:17
Baxış sayı:
4885

İsrail ordusuna aid bir insansız hava vasitəsinin (İHA) Suriya sərhədində düşdüyü bildirilib.
İsrail ordusundan verilən məlumata görə, orduya aid Skylark model İHA, Suriya sərhədində texniki bir qəza səbəbiylə qəzaya uğrayıb.
Açıqlamada, müşahidə məqsədilə regionda uçduğu bildirilən İHA-dan hər hansı bir informasiyanın alınması ehtimalının olmadığı ifadə edilib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, daha çox kəşfiyyat məlumatı toplamaq məqsədilə istifadə edilən sözügedən hava vasitəsi sərhədin Suriya tərəfinə düşüb.
Müxalifət.az