İsmayıllıda yas mərasimində ev uçub - YARALILARIN SİYAHISI / Yenilənib

Baxış sayı:
5908

İsmayıllıda yas mərasimi zamanı evin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. Muxalifet.az APA-ya istinadən bildirir ki, rayonun Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı və adı hələ ki, məlum olmayan daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qalır. ** İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var. APA xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb. Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.