İŞİD-çi azərbaycanlının ŞOK ƏMƏLİ: İnsanları öldürüb videoya çəkirdi – FOTO

İrqa Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, “Abu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 24-ə təyin edilib.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub.
Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Abu Cihad” ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.
Yayılan videokadrlardan görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır...
Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibi olub./Teleqraf/