İŞİD canlanır, ABŞ İSƏ MÜŞAHİDƏ EDİR

Baxış sayı:
2794

ABŞ-lı əsgərlərin Yaxın Şərqdəki varlıq səbəbi olan terror təşkilatı İŞİD, Suriyada terror aksiyalarına yenidən başlayıb. “İndependent” qəzeti PYD/PKK-nın onlara olunan yardımlarının kəsilməməsi üçün İŞİD-la qəsdən döyüşmədiyini yazıb.
 
Suriyada müharibənin sona yaxınlaşdığı iddia edilsə də, əli qanlı terror təşkilatı İŞİD yenidən səhnəyə çıxıb. PYD/PKK-nın işğalında olan Rakkada İŞİD-in yeraltı fəaliyyətlərinin sürətləndiyi və İraq sərhədində bəzi kiçik şəhərləri ələ keçirdiyi qeyd edilərkən, ABŞ rəhbərliyi altındakı koalisiyanın dəstəyi ilə Deyr əz-Zor-un şərqində İŞİD-ə qarşı "son əməliyyatı” başladan PYD-nin örtük təşkilatı Suriya Demokratik Qüvvələrinin (SDG) də döyüşlərdə könülsüz iştirak etdiyi bildirilir.
Bu arada İŞİD lideri Əbubəkr Əl Bağdadinin oğlu isə Humusda bir bombalı intihar aktı həyata keçirərək təşkilatın canlanmasını sürətləndirəcək prosesin fitilini yandırıb.
 
SDG DÖYÜŞMÜR
 
“İndependent” qəzeti, Suriyada baş verən yeni prosesləri fürsətə çevirməyi hədəfləyən İŞİD-ın yenidən canlandığını və hücumlarına başladığını yazıb. Rakkada son bir ayda baş verən 4 ayrı bombalı hücumun İŞİD-ın işi olduğunu qeyd edən qəzet, Suriya-İraq sərhədində Suveydan və Kazmur kimi ərazilərin İŞİD-ın nəzrətinə keçdiyinə diqqət çəkib. Tamamilə məğlub olduğu düşünülən təşkilatın geri qayıtdığını bildirən “İndependent”, SDG-nin, ABŞ ilə Fransa kimi beynəlxalq havadarlarının bölgədən gedəcəyinə təkan verəcəyini düşünərək İŞİD-la döyüşmədiyini qeyd edib. Qəzetə danışan Suriyalı müxalif komandir Sami Abdulla Abdo isə, "Qərb ölkələri bizə davamlı olaraq İŞİD-ın necə yenildiyini söylədilər. Ancaq meydançada olan bizlər, vəziyyətin belə olmadığını görürük. İndi İŞİD təkrar buradadır və güclərini artırırlar" deyib.
Müxalifət.az