İRƏVANDA DAHA BİR ETİRAZ AKSİYASI KEÇİRİLDİ
14-05-2018 15:32
Baxış sayı:
6262

Ermənistanın paytaxtı İrəvanda bir qrup sakin etiraz aksiyası keçirib.
“Sputnik”-in məlumatına görə, sakinlər Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb ediblər.
Onlar bu məqsədlə Baş Prokurorluğun binası qarşısında toplaşıb, etiraz şüarları səsləndiriblər.
Şüarlarda və plakatlarda siyasi məhbusların və “Sasna Tsrer”in məhkum olunmuş üzvlərinin azadlığa buraxılması tələbləri də yer alıb.