İrəvan “Rus NATO-su”nun rəhbərini istintaqa çağırdı

Baxış sayı:
5101

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilib.

Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı xidmət özü yayıb. Onun 1 mart hadisələriylə bağlı şahid kimi dindiriləcəyi bildirilib.

Xaçaturovun iyulun sonuna qədər istintaqa ifadə verəcəyi vurğulanıb.

Qeyd edək ki, Xaçaturov 1 mart hadisələri zamanı İrəvan qarnizonun rəisi vəzifəsini tutub. Serj Sərkisyanın prezident olmasından sonra o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.