İraqlı əsgərlər Bərzaninin üzərinə getməyə hazırdır - İbadinin əmri gözlənilir

 İraq əsgərlərinin sabah İraq Kürd Regional Rəhbərliyi (IKBY) ilə münaqişəli bölgələrə hərəkət etmək üçün baş nazir Heydər əl İbadinin əmrini gözlədikləri bildirilib.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq ordusundan bir mənbənin verdiyi məlumata görə, İraqlı əsgərlər IKBY-dəki münaqişəli ərazilərə girmək üçün hazırlıqlarını tamamlayıb. Mənbənin birdirdiyinə görə, hazırlıqlarını tamamlayan birliklər münaqişəli əraziləri qorumaq məqsədilə bu bölgələrə hərəkət etmək üçün İbadinin əmrini gözləyir.
Xatırladaq ki, dünən İraq Məclisi baş nazir İbadiye IKBY-yə əsgər göndərmə səlahiyyəti vermişdi.
Müxalifət.az