İraqlı çobandan Qərbə dərs: TÜRKƏ DÜŞMƏN DEYİLSƏNSƏ, QORXMA

TSQ-nin Qəndil hərəkatı davam edərkən, bölgədə heyvan otaran bir çobanın yanında dayanaraq, "Türklər gəlir, diqqət et" deyən əcnəbi jurnalistlərə, "Bizim qorxacaq bir şeyimiz yoxdur. Türkə düşmən deyilsənsə, qorxmağa hacət yoxdur, biz sadə adamlarıq. Yox əgər düşmənsənsə, onda edəcək bir şey yoxdur" deməklə, çoban həm Qərbli jurnalistlərə, həm də Türkiyə düşmənlərinə dərs verib.
Türkiyə əleyhinə məlumat vermək üçün ərazini gəzən əcnəbi jurnalistləri təəccübləndirməyə davam edən çoban, belə davam edib: "Bəzi yerlərdə vaxtaşırı toqquşmalar olur. Türk əsgərləri bəzən yerin altından, bəzən də havadan gəlib bir neçə dəqiqəlik əməliyyatlar keçirir. Bir neçə dəfə atəş açılır, sonra baxırıq ki, dözülməz PKK-lı ölüb. Türk əsgərlərinin necə birdən-birə ortaya çıxıb, PKK-lı leşlərini yerə sərdiyini, sonra necə ortadan yox olduğunu heç kəs başa düşmür. Türklərin əməliyyatlarından yalnız ölən terrorçuların cəsədlərini tapanda xəbərdar olunur. Biz bu cür hadisələrin canlı şahidiyik".
Bu açıqlamadan sonra çobanın söylədiklərindən heç də məmnun olmayan xarici jurnalistlər sürətlə bölgədən ayrıldıqları bildirilir.
Müxalifət.az