İraqın şimalında Türkiyənin 3 hərbçisi şəhid oldu
31-05-2018 18:24
Baxış sayı:
1313

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında baş verən atışma nəticəsində 3 əsgər şəhid olub.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Hadisə Türkiyə ordusunun İraqın şimalında antiterror əməliyyatı keçirdiyi zaman baş verib.