İraqda yeni dəyişiklik: BAŞ NAZİR İBADİ AÇIQLADI

Baxış sayı:
8254

İraqın baş naziri Heydər əl- İbadinin İraq Kürd Regional Rəhbərliyində (IKBY) Ərbil və Süleymaniyyə hava limanlarına qarşı xarici uçuş qadağasını qaldırdığı bildirildi.
 
Baş nazir İbadinin ofisindən edilən yazılı açıqlamada, 29 sentyabr 2017-ci ildən bu yana IKBY-dəki hava limanlarına qarşı tətbiq edilən xarici uçuş qadağasının İbadinin qərarı ilə qaldırıldığı bildirilib.
Açıqlamada, baş nazir İbadinin, "IKBY hökuməti, hava limanlarını mərkəzi hakimiyyətə təslim etməyi qəbul edib" şəklində ifadəsi yer alıb.
Qeyd edək ki, İraq mərkəzi hökuməti, 25 sentyabrda qeyri-qanuni referendum keçirməsindən sonra, Ərbil və Süleymaniyyə hava limanlarına xarici uçuş yasağı başda olmaqla, IKBY-nə qarşı bir neçə sanksiya qərarı almışdı.
Müxalifət.az