İraqda terror təşkilatı PKK-ya "AFRİN" ŞOKU

Baxış sayı:
5266

Afrindəki terror ünsürlərinə silah daşımaq istəyən bir qrup terrorçu İraqın Mosul şəhərində keçirilən əməliyyatla əngəllənib.
 
“Al Sharqiya” televiziyasının xəbərinə görə, terror təşkilatı YPG/PKK-nın Afrinə göndərmək istədiyi çoxlu sayda silah və sursat Mosulun şərqində ələ keçirilib.
Mosul polisi, silah və sursat dolu yük maşınını “Qüds” məhəlləsindəki bir evin qabağında tərk edilmiş şəkildə tapıb.
Avtomobildə ələ keçirilən silahlardan bəziləri İraq təhlükəsizlik qüvvələrinin də əlində belə yoxdur.
Yaxalanan silahlar Mosul üzərindən Afrinə çatdırılmağa çalışılıb. İraq ordusu silah dolu yük maşınının ələ keçirildiyi bölgədə geniş təhlükəsizlik tədbirləri alıb.
Yük maşınının qarşısında saxladığı evin sahibi saxlanılıb. Süleymaniyyə nömrəli yük maşınının sürücüsü axtarılır.
Bənzər bir hadisənin bir daha baş verməməsi üçün şəhərin çıxışlarında və yük maşınlarının intensiv olaraq istifadə edildiyi körpülər və yollarda təhlükəsizlik tədbirlər artırılıb.
Müxalifət.az