İraqda aparılacaq PKK əməliyyatının BİLİNMƏYƏN DETALLARI

Baxış sayı:
7057

Ankara-Bağdad arasında 7 aydır davam edən "PKK əməliyyatı" danışıqları, Sincar və Mahmur bölgəsində 7 düşərgə əməliyyatı üçün gündəmdədir. İyun ayında planlaşdırılan əməliyyat İraq mərkəzi hökuməti ilə ilk birgə əməliyyat olacaq.
 
Terror təşkilatı İŞİD-in 2014-cü ilin iyun ayında Mosul və ətrafını nəzarət altına alması ilə terror təşkilatı PKK da silahlı gücünün bir hissəsini Mosulun qərbində yerləşən, Suriya sərhədindəki Sincara daşıdı. Türkiyə 14 dəfə PKK mövzusunda Bağdadı xəbərdar etsə də, İraqın baş naziri Heydər İbadi rəhbərliyi 2017-ci ilin oktyabr ayına qədər səssiz qaldı, hətta PKK-nın bölgədəki meydana gətirdiyi Yezidiyə silahlı qruplarına maliyyə və hərbi dəstək təqdim etmişdi. Ankaranın, "Əməliyyat mövzusunda qərarlıyıq" mesajları və təşəbbüsü ilə Bağdad rəhbərliyi, Ankara ilə bölgədə problemin həlli üçün diplomatiya trafiki başlatmışdı.
 
IRAQLILAR ŞAŞIRDI
 
Ankara ilə Bağdad arasında reallaşan 7 əhəmiyyətli görüşdən sonra, Türk səlahiyyətlilər tərəfindən İraqlı həmsöhbətlərinə təqdim edilən PKK-nın Qəndildən Suriyaya uzanan lojistik xətti və 7 keçid nöqtəsindəki dəyərləndirmələrin İraqlı səlahiyyətlilərini də şaşırttığı bildirilir. İraqlı hərbi rəhbərliyi ölkənin suverenlik haqlarının ölkənin sərhəd bütünlüyü ilə təmin ola biləcəyini bildirmişdir.
 
İRAQ-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI
 
Aparılan danışıqlardan sonra Afrin əməliyyatı sonrasında Münbiçə hərəkət edəcək olan Türk Silahlı Qüvvələrinin (TSQ), iyun ayı içində terror təşkilatının Sincar bölgəsindəki 7 düşərgəsinə və təşkilatın keçən il qurduğu, Qəndil ilə Suriya sahəsi arasındakı əhəmiyyətli lojistik mərkəzi olan Mahmur Düşərgəsinə 6 kilometr uzaqlıqda olan terror düşərgəsinə qarşı əməliyyat keçirəcəyi bildirilir. Beləcə, təşkilatın bütün lojistik mərkəz və keçd nöqtələrinin aradan qaldırılmasının məqsəd qoyulduğu və İraq mərkəzi rəhbərliyi ilə ilk ortaq əməliyyat keçirəcəyi qeyd edilir.
 
SİNCAR VE MAHMURDAKI TERROR YUVALARI HEDEF OLACAQ
 
Təşkilatın, Suriya-İraq sərhəd xəttindəki 12 düşərgəsinin yerləşdiyi Sincar Dağı və ətəklərindən lazım olan gündəlik kəşfiyyat məlumatlarının alındığı bildirilir. Beləliklə, İraq sərhədləri daxilində 7 terror düşərgəsi əsas hədəf olacaq. Mahmurdan 6 km uzaqlıqda yerləşən PKK düşərgəsində mülki əhali yaşamadığı üçün oranın da əməliyyat çərçivəsində hədəf olacağı qeyd edilir.
Ankara-Bağdad arasındakı diplomatiya trafiki sayəsində ortaq kəşfiyyat mərkəzinin qurulduğu və təşkilatın bölgədəki hərəkətliliyinə dair məlumatların bu mərkəzdə paylaşıldığı ifadə edilir. Keçən həftə PKK-nın Qəndildən Sincar bölgəsinə sövq etmək istədiyi silahlara dair kəşfiyyat məlumatının məhz bu mərkəzdə paylaşılması ilə silahların bölgəyə daşınmasının qarşısının alındığı bildirilir.
 
BAĞDAD PKK'YA XƏBƏRDARLIQ ETDİ
 
Digər tərəfdən, Bağdad rəhbərliyi PKK terrorçularının Sincar və Mahmur bölgəsindən çıxarılması barədə iki dəfə xəbərdarlıq edib və may ayına qədər xəbərdarlıqlarını davam etdirəcəyi bildirilir. Bundan əlavə, gələn həftə Bağdaddan olan nümayəndə heyəti Sincara gedəcək və bir daha PKK-nın bölgədən çəkilməsi ilə bağlı xəbərdarlıq edəcək.
Müxalifət.az