İraq şiələrinin lideri İran və ABŞ-a XƏBƏRDARLIQ ETDİ

Baxış sayı:
7966

İraq seçkilərində ən çox səs alan Mukteda əs-Sadr, ABŞ və İranın ölkəsinə hər hansı bir müdaxilə etməsini qəbul etməyəcəklərini təkrarlayıb. Sadr, İranı "öz maraqlarından qorxan ölkə” kimi qiymətləndirib.
 
İraqdakı seçkilərdə ən çox səs alan Sadr Hərəkatının lideri Mukteda əs-Sadr, ABŞ və İranın ölkəsinə hər hansı bir müdaxilə etməsini qəbul etməyəcəklərini bəyan edib. Sadr, verdiyi yazılı açıqlamada, ABŞ və İrana İraqa müdaxilə etməmələri barədə xəbərdarlıq edərək, buna yol verməyəcəklərini vurğulayıb. İranı "öz maraqlarından qorxan ölkə" kimi qiymətləndirən Sadr, ABŞ-ı isə yenə "işğalçı dövlət" kimi xarakterizə edib və Vaşinqton rəhbərliyinin müdaxilələrinə heç bir vəchlə icazə verməyəcəklərini bildirib.
Müxalifət.az