​İraq məzhəb müharibəsi aparan iki qüvvə arasında körpü qurmağa çalışır

Baxış sayı:
3760

"Biz bir tərəfdən Türkiyə və Suriya, digər tərəfdən isə İran və Səudiyyə Ərəbistanı ilə yaxşı qonşuluq münasibətlərinə malikik. İran və Səudiyyə Ərəbistanının yaxınlaşması üçün bu günə qədər də səy göstərdik, indi də göstərməkdəyik"
Hurriyyet.org xəbər verir ki, İraq Xarici İşlər naziri İbrahim əl-Cəfəri bunu Rusiyanın “Sputnik” informasiya agentliyinə verdiyi açıqlamasında deyib.
İran və Səudiyyə Ərəbistanının İraqla coğrafi sərhədi olduğunu xatırladan Cəfərinin fikrincə, İraqın bu ölkələrlə sahib olduğu münasibət səviyyəsi münasibətlərin yumşaldılmasına xidmət göstərəcək.