İraq baş naziri İbadiyə “HAŞDİ ŞABİ” ŞOKU

İraqın baş naziri Haydar əl-İbadinin qoruma müdiri Şərif İsmayıl, “Haşdi Şabi” gücləri tərəfindən öldürüldüyü bildirildi.
İraq kütləvi informasiya vasitələrindəki xəbərlərə görə, dünən gecə Mosula gedəcək olan İsmail ilə Haşdi Şabi çətiri altında Saray əl Salam'a məxsus ünsürlər arasında başlayan mübahisə silahlı qarşıdurmaya çevrilib. İsmayılın Salahaddin vilayətindəki Samara şəhərində baş verən hadisədə öldürüldüyü, tabeçiliyində olan daha iki nəfərin isə yaralandığı bildirilib.
İsmayıl, İbadi'nin bu gün Mosula gəlmədən əvvəl şəhərdə alınacaq təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün dünən axşam Bağdaddan ayrıldığı bildirilib.
İraq baş nazirliyindən edilən yazılı açıqlamada isə İsmayılın, Samara şəhərinin girişində uğradığı silahlı hücum nəticəsində həyatını itirdiyi və bununla bağlı cinayət işinin açıldığı bildirilib.
Haşdi Şabinin çətiri altındakı Saray es-Salam qrupu, İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin himayəsində fəaliyyət göstərir.
Müxalifət.az