İranın XİN rəhbəri Zərif Trampla məzələndi

Baxış sayı:
12316

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ ilə Şimali Koreya arasındakı zirvə görüşünün nəticəsiz qalmasından sonra ABŞ prezidenti Donald Trampa nüvə müqaviləsindən daha yaxşı bir anlaşma əldə etməyəcəyini deyib. Zərif “Prezident Tramp artıq təntənəli mitinqlər və alovlu sözlərlə ciddi bir diplomatiya ortaya qoya bilməyəcəyinin fərqinə varmalıdır” deyib.
 
Nazir Zərif Twitter hesabından paylaşdığı mesajında ABŞ prezidenti Trampın diplomatik münasibətini lağa qoyub.
Trampın birtərəfli çəkildiyi nüvə müqaviləsinə işarə edən Zərif, mesajında bu ifadələrə yer verib:
“Prezident Tramp artıq təntənəli mitinqlər və alovlu sözlərlə ciddi bir diplomatiya ortaya qoya bilməyəcəyinin fərqinə varmalıdır. 150 səhifədən ibarət olan nüvə müqaviləsinin hər bir kəlməsini formalaşdırmaq üçün 10 ilə bərabər iki il və tam mənada minlərlə saat davam edən danışıqlar aparılıb. Heç vaxt daha yaxşı bir anlaşma əldə edə bilməyəcəksən".
Müxalifət.az