İranın XİN rəhbəri Cavad Zərif istefa verdi

Baxış sayı:
5464

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin vəzifəsindən istefa verdiyi bildirilib
 
Zərif rəsmi sosial media hesabı İnstagramdan paylaşdığı mesajda, vəzifəsinə davam etməyəcəyini bildirərək "Sağlıqla qalın, üzr istəyirəm" deyə qeyd edib.
İranın xəbər agentliklərində Xarici İşlər Nazirliyindən bir səlahiyyətlinin Zərifin istefa qərarını təsdiq etdiyi qeyd edilib.
Müxalifət.az