İranın bəzi şəhərlərində yenidən internet dayandırıldı
26-12-2019 01:44
Baxış sayı:
2809

Tehran rəhbərliyi yenidən benzin artımına qarşı nümayişlərə çağırış olduğuna görə bəzi şəhərlərdə interneti kəsdi. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. İran İşçiləri Xəbər Agentliyinin (ILNA) verdiyi məlumata görə, Elborz, Kürdüstan, Zəncan və Şiraz əyalətlərində internetə məhdudiyyət qoyulub. Rejim əleyhdarları son günlərdə sosial mediada "5 Dey" etiketi ilə (26 Dekabr) benzin artımı etirazlarının 40-cı günündə ölkə daxilində nümayişlərə çağırış etdilər. Bu istiqamətdə çağırışlar edilərkən, sabah günün müəyyən vaxtlarında Tehrandakı bəzi operatorlar, İnternet bağlantısının “texniki işlər” səbəbiylə kəsildiyi elan etdi. Muxalifet.az